ABŞ Dövlət Departamentinin sözçüsü: “PKK terrorçu təşkilatdır, “PYD” isə terrorçu deyil”

ABŞ Dövlət Departamentinin sözçüsü: “PKK terrorçu təşkilatdır, “PYD” isə terrorçu deyil” Mark Toner: “Onlara silah deyil, bəzi taktiki dəstək veririk”
Region
11 Yanvar , 2017 11:25
ABŞ Dövlət Departamentinin sözçüsü: “PKK terrorçu təşkilatdır, “PYD” isə terrorçu deyil”

Bakı. 11 yanvar. REPORT.AZ/ “ABŞ “PYD”ni (terrorçu PKK-nın Suriyadakı qolu – “Report”) terrorçu təşkilat kimi tanımır və Suriya ilə bağlı danışıqlar prosesində həmin təşkilatın nümayəndəsinin də iştirak etməsini istəyir”.

“Report” DHA-ya istinadən xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsününü müavini Mark Toner Vaşinqtonda keçirdiyi gündəlik mətbuat konfransında bildirib.

O qeyd edib ki, ABŞ PKK-nı terrorçu təşkilat kimi tanıyır. “PYD”-ni isə terror təşkilatı saymır: "Onlara silah deyil, bəzi taktiki dəstək veririk”.

Son xəbərlər

Orphus sistemi