Bakı. 13 sentyabr. REPORT.AZ/ Amerika diplomatları Sankt-Peterburqdakı avtomobil dayanacağından məhrum ediliblər. Onun yerində piyada keçidi və avtomobillər üçün dairə yaradılıb.
"Report" xəbər verir ki, dayanacaq Furştat küçəsində yerləşirdi.
"Vesti.ru"nun məlumatına görə, yerli sakinlər illərdir həmin dayanacağın ləğv edilməsini xahiş etsələr də, onların şikayətləri bu günə qədər cavabsız qalmışdı.