ABŞ-da yaşayan erməni 1,29 milyon dollar məbləğində pulun mənimsənilməsinə yardım etməkdə ittiham olunur

ABŞ-da yaşayan erməni 1,29 milyon dollar məbləğində pulun mənimsənilməsinə yardım etməkdə ittiham olunur "Wells Fargo" şirkətinin keçmiş meneceri iki il ərzində Qlendeylin iki sakininə bank vasitəsilə pulları mənimsəməyə yardım edib
Region
22 İyul , 2016 11:19
ABŞ-da yaşayan erməni 1,29 milyon dollar məbləğində pulun mənimsənilməsinə yardım etməkdə ittiham olunur

Bakı. 22 iyul. REPORT.AZ/ ABŞ-ın "Wells Fargo" bank şirkətinin keçmiş meneceri Albert Yaqubyan 1,29 milyon dollar məbləğində vəsiatin mənimsənilməsinə yardım etdiyinə görə həbs edilib.

Bu barədə "Report" "Los Angeles Times"a istinadən xəbər verir.

İstintaq araşdırmasına əsasən, o, iki il ərzində Qlendeylin Ermənistan əsilli iki sakininə - əvvəllər dələduzluq və fırıldaqçılıq maddələri ilə mühakimə edilmiş Artaşes Darbinyan və Orbel Akopyana bank vasitəsilə pulları mənimsəməyə yardım edib. A.Yaqubyanın özünə isə faiz ödənilib.

36 yaşlı A.Yaqubyan ünvanına yönələn ittihamları rədd edir.

İş üzrə məhkəmə prosesi sentyabr ayında başlanacaq.

Son xəbərlər

Orphus sistemi