Yuxarı

ABŞ-da silahlı qarətdə şübhəli bilinən erməni əsilli gənc tutulub

ABŞ-da silahlı qarətdə şübhəli bilinən erməni əsilli gənc tutulub

Bakı. 6 fevral. REPORT.AZ/ ABŞ-ın Qlendeyla şəhərinin erməni əsilli 23 yaşlı sakini Qaspar Xaçaturyan son 5 ayda Los-Ancelesdə mobil telefon mağazalarında azı 5 qarətdə iştirak etməkdə şübhəli bilinərək tutulub.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, məlumatı yerli polis idarəsi yayıb.

İnformasiyaya əsasən, Kaliforniyanın hüquq-mühafizəçiləri ştatın cənubunda silahlı qarətdə şübhəli bilinən 4 nəfərdən ibarət qrupu tutublar. Onların arasında Q.Xaçaturyan da var. Polis bildirib ki, ötən həftə əvvəlkilərlə əlaqəli olan 6-cı qarət baş verib. Cinayətkalar ilk növbədə cib telefonlarını oğurlayıblar. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi