Yuxarı

​ABŞ-da "Şəhidlərimizi yad edir, terroru lənətləyirik!" şüarı altında aksiya keçirilib

Aksiya iştirakçıları: Cənab Bayden, PYDnın terror qruplaşması olduğunu hələ də qəbul etmirsən?

Bakı. 19 fevral. REPORT.AZ/ "Cənab Bayden, "PYD"nın terror qruplaşması olduğunu hələ də qəbul etmirsən?"

"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu, Nyu-Yorkda Türkiyənin Baş Konsulluğu qarşısında "Şəhidlərimizi yad edir, terroru lənətləyirik!" şüarı altında keçirilən aksiyanın iştirakçıları ABŞ prezidentinin müavini Co Baydenə ünvanlanan müraciətdə yer alıb.

Azərbaycanlıların da qatıldığı tədbirdə "Şəhidlər ölməz, Vətən bölünməz!", "PKK-nın kökü qazılacaq!", "PYD" PKK-dır" şüarları səslənib.

Aksiyada terror qurbanları yad edilib, onların ruhlarına dualar oxunub. Tədbir "İstiqlal marşı"nın oxunması ilə başa çatıb.

Qeyd edək ki, bir müddət öncə Co Bayden ABŞ-ın terrorçu PKK-nın Suriyadakı qolu olan "PYD"ni terrorçu təşkilat saymadığını bildirmişdi.

Xatırladaq ki, fevralın 17-də Ankarada terrorçu PKK-ya bağlı "PYD" və "YPG"nin törətdiyi terror nətcəsində 28 nəfər ölüb, 61 nəfər isə yaralanıb.  

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi