Yuxarı

​ABŞ-da iki erməni dələduzluğa görə həbs olunublar

Onlar 15-dən çox pasiyentin adından saxta sığorta sənədləri hazırlayıblar

Bakı. 14 yanvar. REPORT.AZ/ ABŞ-ın Los-Ancelos şəhərinin erməni sakini Ovik Simityan mənimsədiyi 1,7 milyon dolları geri qaytarmaq şərtiylə 78 ay azadlıqdan məhrum edilib.

"Report" xəbər verir ki, bu haqda Ermənistan KİV-i məlumat yayıb.

Məlumata görə, "Columbia Medical Group Inc.", "Life Care Medical Clinic" və "Safe Health Medical Clinic" klinikaları faktiki olaraq 48 yaşlı erməniyə məxsus olub. Klinika lisenziyalı həkimin adına sənədləşdirilsə də, müəssisəni özü idarə edib.

O.Simityan 2014-cü il oktyabrın 8-də həbs olunsa da, 100 min dollarlıq girov qarşılığında sərbəst buraxılıb.

Məlumata görə, O.Simityan və ortağı ABŞ-ın Qleyndel şəhərinin erməni sakini, 49 yaşlı Anait (ona Anna və Enn də deyirlər) Şatvoryanla birlikdə "Medicare" sığorta şirkətinin adından istifadə edərək, dələduzluq yolu ilə pul mənimsəyirmişlər.

Onlar 15-dən çox pasiyentin adından saxta sığorta sənədləri hazırlayıblar. Prokurorluğun məlumatına əsasən, O.Simityan və A.Şatvoryan yuxarıda adları göstərilən 3 klinikanın hesabına 4 milyon 526 min 791 dollar köçürdərək, saxtakarlıq yolu ilə oradan 1 milyon 668 min 559 dollar əldə ediblər.

A.Şatvoryan isə 4 il 3 ay müddətinə azadlıqdan məhrum olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi