​ABŞ-da güclü qar nəticəsində ölənlərin sayı 9 nəfərə çatıb

​ABŞ-da güclü qar nəticəsində ölənlərin sayı 9 nəfərə çatıb İnsanlar pis hava şəraiti səbəbindən baş verən yol qəzalarında ölüblər
Region
23 Yanvar , 2016 08:49
​ABŞ-da güclü qar nəticəsində ölənlərin sayı 9 nəfərə çatıb

Bakı. 23 yanvar. REPORT.AZ/ ABŞ-ın şərqində güclü qar nəticəsində ölənlərin sayı 9 nəfərə çatıb.

"Report" xəbər verir ki, insanlar pis hava şəraiti və yolların buz bağlaması səbəbindən baş verən yol qəzalarında ölüblər.

Əvvəl silsilə yol-nəqliyyat hadisələri nəticəsində ölənlərin 5 nəfər olduğu bildirilmişdi.

Birləşmiş Ştatların 9 ştatının qubernatoru fövqəladə vəziyyətin tətbiq edildiyini elan edib. Pis hava səbəbindən ABŞ federal hökuməti işini cümə günü günorta yekunlaşdırıb.

Bundan əlavə, çovğun səbəbindən 6 mindən çox aviareys təxirə salınıb.

Son xəbərlər

Orphus sistemi