Yuxarı

​ABŞ-da axtarışda olan erməni qatil tutulub

O, odlu silahdan bir neçə dəfə cinayət törətməkdə də şübhəli bilinir

Bakı. 5 yanvar. REPORT.AZ/ ABŞ-da barəsində axtarış elan olunmuş qatil, erməni Artyom Qasparyan Los-Anceles polisi tərəfindən tutulub.

"Report" xəbər verir ki, bu haqda ABC telekanalı məlumat yayıb.

Məlumata görə, Artyom Qasparyan odlu silahdan bir neçə dəfə cinayət törətməkdə də şübhəli bilinir. Xəbərdə bildirilib ki, o, Panarama Sitidə 37 yaşlı kişini güllələyərək qətlə yetirməkdə də ittiham olunur. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi