ABŞ bayrağı Peterburqdakı Amerika Baş konsulluğunun binasından çıxarılıb

ABŞ bayrağı Peterburqdakı Amerika Baş konsulluğunun binasından çıxarılıb Binadan mebel və qutular daşınmağa başlanıb
Region
31 Mart , 2018 21:36
ABŞ bayrağı Peterburqdakı Amerika Baş konsulluğunun binasından çıxarılıb

Bakı. 31 mart. REPORT.AZ/ ABŞ-ın dövlət bayrağı Rusiyanın Sankt-Peterburq şəhərindəki Amerika Baş konsulluğunun binasından çıxarılıb.

“Report” xəbər verir ki, bu barədə RİA "Novosti" məlumat yayıb.

Bundan əvvəl bildirilib ki, ABŞ Baş konsulluğunun binasından mebel və qutular daşınmağa başlanıb. Eyni zamanda, konsulluq ərazisində ilk diplomatik qeydiyyat nişanlı avtomobillər çıxıb.

Martın 29-da Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, diplomatik korpusun 60 əməkdaşı həftə ərzində Rusiya ərazisini tərk etməlidir.

Son xəbərlər

Orphus sistemi