ABŞ admiralı: “Rusiyanın Aralıq və Xəzər dənizlərində hərbi fəallığı artmaqdadır”

ABŞ admiralı: “Rusiyanın Aralıq və Xəzər dənizlərində hərbi fəallığı artmaqdadır” ABŞ Hərbi Hava Qüvvələri naziri Debora Ceyms: “Rusiya ABŞ üçün bir nömrəli təhlükə mənbəyidir”
Region
5 Dekabr , 2016 10:20
ABŞ admiralı: “Rusiyanın Aralıq və Xəzər dənizlərində hərbi fəallığı artmaqdadır”

Bakı. 5 dekabr. REPORT.AZ/ “Rusiya ABŞ üçün bir nömrəli təhlükə mənbəyidir”.

“Report” xəbər verir ki, bunu ABŞ-ın Hərbi Hava Qüvvələri naziri Debora Li Ceyms “Reuters”ə müsahibəsində bildirib.

“Bizim üçün bir sıra təhlükə mənbəyi mövcuddur. Rusiya isə nüvə silahı baxımından ABŞ üçün real təhlükə mənbəyidir”, - deyə o, vurğulayıb.

ABŞ-ın Hərbi Dəniz Əməliyyatları komandanı, admiral Con Riçardson da Rusiyanın hərbi fəallığı ilə bağlı narahatlığını bildirib: “Rusiyanın bütün dünyada, o cümlədən Aralıq və Xəzər dənizlərində, eləcə də Atlantik okeanın şimalında və Sakit okeanda hərbi fəallığı artmaqdadır”.

Son xəbərlər

Orphus sistemi