ABŞ-a aid pilotsuz uçan aparat Türkiyə ərazisinə düşüb

ABŞ-a aid pilotsuz uçan aparat Türkiyə ərazisinə düşüb Mütəxəssislər bunun "RQ-7 Shadow" tipli kəşfiyyat PUA-sı olduğunu bildiriblər
Region
26 Avqust , 2016 16:03
ABŞ-a aid pilotsuz uçan aparat Türkiyə ərazisinə düşüb

Bakı. 26 avqust. REPORT.AZ/ ABŞ-a məxsus Pilotsuz Uçan Aparat (PUA) Türkiyənin Qaziantep əyalətinin Şehitkamil rayonunun Karacamaat məhəlləsində boş əraziyə düşüb.

"Report" "Haber7"yə istinadən xəbər verir ki, PUA düşən ərazi hərbçilər tərəfindən mühasirəyə alınıb.

Mütəxəssislər bunun "RQ-7 Shadow" tipli kəşfiyyat PUA-sı olduğunu bildiriblər.

Hadisə ilə bağlı araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi