Yuxarı

Abdullah Gülün sabiq baş yavəri barəsində həbs qərarı verilib

İsmail Güneşer Konstitusiyanı pozmaq və FETÖ/PDY terör təşkilatına üzv olmaqda ittiham edilib

Bakı. 20 iyul. REPORT.AZ/ Türkiyədə Fətullahçı terror təşkilatının (FETÖ) dövlət çevrilişi cəhdi ilə bağlı aparılan istintaq çərçivəsində saxlanılan general barəsində həbs qərarı verilib. 

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, Yüksekova Baş Prokurorluğunun göstərişi ilə saxlanılan general-mayor İsmail Güneşer hakim qarşısına çıxarılıb. 

Məhkəmə türkiyəli komandanı "Konstitusiyanı pozmaq" və "FETÖ/PDY terör təşkilatına üzv olmaq"da ittiham edərək həbsxanaya salınmasına qərar verib. 

Qeyd edək ki, İsmail Güneşer vaxtilə Türkiyənin 11-ci prezidenti Abdullah Gülün baş yavəri vəzifəsini icra edib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi