Abdullah Gülün cangüdəni terror nəticəsində şəhid olub - FOTO

Abdullah Gülün cangüdəni terror nəticəsində şəhid olub - FOTO Azərbaycan sərhədi yaxınlığında 14 polis həyatını itirib
Region
8 Sentyabr , 2015 15:13
Abdullah Gülün cangüdəni terror nəticəsində şəhid olub - FOTO

Bakı. 8 sentyabr. REPORT.AZ/ Türkiyə ilə Azərbaycanın Naxçıvan Muxtar Respublikası arasındakı İğdır əyalətinin Dilucu sərhəd qapısında xidməti vəzifəsini icra etməyə gedən gömrük işçilərinin təhlükəsizliyini təmin edən polis əməkdaşlarını daşıyan mikroavtobusun minaya düşməsi nəticəsində şəhid olan 14 polisdən biri ölkənin 11-ci prezidenti Abdullah Gülün yaxın cangüdəni Fehmi Şahindir.

"Report" xəbər verir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb.

Xatırladaq ki, bu gün polislərin olduğu mikoravtobus Həsənxan kəndində PKK terrorçularının qabaqcadan yola döşədiyi minaya düşüb. Hadisə nəticəsində əvvəlcə 10 polisin şəhid olduğu bildirilmişdi. Sonradan şəhidlərin sayının 14 olduğu açıqlanıb.

Son xəbərlər

Orphus sistemi