Yuxarı

​94 ölkənin vətəndaşı Gürcüstanda bir il vizasız qala bilər

Bu qərar BMT-nin pasportu olan əcənəbilərə də şamil edilir

Bakı. 10 iyun. REPORT.AZ/ Hökumət vətəndaşları vizasız bir il Gürcüstanda qala biləcək dövlətlərin adlarını açıqlayıb.

"Report" Gürcstan KİV-ə istinadən xəbər verir ki, bu haqda qərar ölkə parlamentinin saytında yerləşdirilib.

Sənəd dərc olunduğu andan qüvvəyə minib.

Beləliklə, 94 ölkənin vətəndaşları Gürcüstan ərazisində bir il vizasız qala bilər. Həmin siyahıda qonşu dövlətlərdən Azərbaycan, Rusiya, Ermənistan olsa da, İranın adı yoxdur.

Bu qərar BMT-nin pasportu olan əcnəbilərə ("United Nations Laissez-Passer") də şamil edilir. Bundan başqa, xüsusi hallarda hökumətin qərarı ilə xarici ölkə vətəndaşı da Gürcüstana vizasız daxil ola və orada qala bilər. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi