Yuxarı

​50 min erməni Rusiyanın "qara siyahısı"na düşüb

Qaqik Yeqanyan: Avrasiya İqtisadi Birliyinə üzvlüyün bu məsələyə aidiyyəti yoxdur

Bakı. 3 fevral. REPORT.AZ/ Ermənistanın 50 min vətəndaşına Rusiyaya giriş qadağan edilib.

"Report" "News.am"a istinadən xəbər verir ki, Rusiyada işləməyə getmək üçün hər gün Ermənistan Dövlət Miqrasiya Xidmətinə 40-50 nəfər müraciət edir. Qurumun rəisi Qaqik Yeqanyan deyib ki, Avrasiya İqtisadi Birliyinə üzvlüyün bu məsələyə aidiyyəti yoxdur.

Məlumata görə, adları Rusiyanın "qara siyahısı"na düşənlər RF-yə yenidən getmək üçün amnistiyanın elan edilməsini istəyir. 

Xəbərdə bildirilib ki, Ermənistan Dövlət Miqrasiya Xidmətinin binası qarşısında onlar tez-tez aksiya keçirir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi