Yuxarı

​3500 erməninin Rusiyaya girişi qadağan edilib

AİB-ə üzv olsa da, Ermənistan vətəndaşlarının Rusiyaya girişi bu və ya başqa səbəbdən qadağandır

Bakı. 27 yanvar. REPORT.AZ/ Ermənistanın 3500 vətəndaşına Rusiya ərazisinə daxil olmaq qadağan edilib.

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu Ermənistan Dövlət Miqrasiya Xidməti rəisinin müavini İrina Davtyan deyib.

Onun sözlərinə görə, ötən il həmin şəxsləri Rusiya öz ərazisinə buraxmaqdan imtina edib. Rusiyaya işləmək üçün gedən həmin şəxslər üçün qadağa bu il də qüvvədə saxlanılıb.

Məlumatda bildirilib ki, Ermənistan Avrasiya İqtisadi Birliyinin üzvü olduğundan, habelə Rusiya ilə Ermənistan arasında imzalanan müqaviləyə əsasən, Ermənistan vətəndaşlarının işə götürülmə hüququ faktiki olaraq, RF vətəndaşlarınınkılara bərabər tutulur.

"Ermənistan birliyə üzv olsa da, təəssüf ki, həmin vətəndaşlarımızın Rusiyaya girişi bu və ya başqa səbəbdən qadağan edilib ", - İ.Davtyan bildirib.

O, deyib ki, 3500 ermənin Rusiya ərazisinə daxil olması ilə bağlı qadağanın götürülməsi istiqamətində işləri davam etdirirlər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi