26 dekabr Rusiyada ümummilli matəm günüdür - VİDEO

26 dekabr Rusiyada ümummilli matəm günüdür - VİDEO Bu barədə prezident Vladimir Putin fərman verib
Region
26 Dekabr , 2016 07:45
26 dekabr Rusiyada ümummilli matəm günüdür - VİDEO

Bakı. 26 dekabr. REPORT.AZ/ 26 dekabr tarixi Qara dənizdə 93 nəfəri daşıyan "Tu-154" təyyarəsinin qəzaya uğraması ilə əlaqədar Rusiyada matəm günü elan olunub.

"Report" xəbər verir ki, bunu bazar günü prezident Vladimir Putin elan edib.

"Sabah Rusiyada ümummilli matəm günü elan olunacaq", - deyə o jurnalistlərə bildirib.

Prezidentin matəm günü ilə bağlı fərmanı Kremlin saytında dərc olunub.

"Mədəniyyət müəssisələrinə və teleradio şirkətlərinə matəm günündə əyləncəli tədbirlər və verilişləri ləğv etmələri təklif olunsun", - deyə fərmanda xüsusilə qeyd olunur.

Son xəbərlər

Orphus sistemi