Yuxarı

​2014-cü ildə Ermənistanda işsizlərin sayı 17,9 faiz artıb

Göstərilən dövrdə işsizlərin sayı 55,9 mindən 65,9 min nəfərə çatıb

Bakı. 4 fevral. REPORT.AZ/ 2014-cü ildə Ermənistanda qeydə alınan işsizlərin sayı 17,9% artaraq 55,9 mindən 65,9 min nəfərə çatıb.

"Report" ARKA-ya istinadən xəbər verir ki, bu barədə "Dövlət məşğulluq xidməti" Agentliyinin rəhbəri Artak Manqasaryan məlumat verib.

Onun məlumatına görə, işsizlər arasında qadınlar əksəriyyət təşkil edir — 71,8% və ya 47,3 min nəfər.

"Gənclər arasında işsizlərin sayı 23,7% — 15,6 min nəfər, əlillər arasında isə 3,2% və ya 2,1 min nəfərdir", - deyə Manqasaryan bildirib.

"Vakansiya bazarında işsizlər arasında 55,2 min nəfər və ya 83,8% şəxsin rəqabət qabiliyyəti yoxdur", - deyə Manqasaryan qeyd edib.

Onun sözlərinə görə, "Məşğulluq haqqında" qanunda 2014-cü ilin yanvar ayının 1-dən qüvvəyə minən yeni model dəstək poqramlarının ünvanlılığının artırılması sayəsidə sabit məşğulluğun təmin edilməsi məqsədi daşıyır.

Milli Statistika Komitəsinin məlumatına görə, 2014-cü ilin 3-cü rübündə Ermənistanda işsizlərin sayı 17,1% (238,4 min nəfər) təşkil edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi