Yuxarı

Ötən il Ermənistan Silahlı Qüvvələrində 46 hərbçi ölüb

Bu ötən ildəkindən 15 hadisə çoxdur

Bakı. 12 yanvar. REPORT.AZ/ 2014-cü ildə Ermənistan Silahlı Qüvvələrində 46 hərbçi ölüb.

"Report" Ermənistanın "Epress" saytına istinadən xəbər verir ki, Helsinki Vətəndaş Assambleyasının Vanadzor ofisi tərəfindən açıqlanmış məlumata əsasən, bu, 2013-cü il ilə müqayisədə 15 hadisə çoxdur.

Sənəddə qeyd olunub ki, 2014-cü ildə 45 təsbit edilmiş ölüm hadisəsindən 26-sı atəşkəs rejiminin pozulması səbəbindən, 6-sı bədbəxt hadisə, 4-ü qətl, 2-si qəsdən adamöldürmə, 3-ü hərbi növbətçilik və ya xidmət qaydalarının pozulması, 3-ü səhhətində yaranmış problem və ya tibbi yardımın vaxtında göstərilməməsi səbəbindən baş verib. 

Eyni zamanda 3 sui-qəsd və 1 silahla ehtiyatsız davranma səbəbindən ölüm halları qeydə alınıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi