20 Yanvar şəhidlərinin xatirəsi Marneulidə yad edilib

20 Yanvar şəhidlərinin xatirəsi Marneulidə yad edilib Tbilisi. 16 yanvar. REPORT.AZ/ Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Marneuli rayonunda 20 Yanvar faciəsinin 28-ci ildönümü qeyd olunub. 
Region
16 Yanvar , 2018 15:14
20 Yanvar şəhidlərinin xatirəsi Marneulidə yad edilib
Report

Tbilisi. 16 yanvar. REPORT.AZ/ Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Marneuli rayonunda 20 Yanvar faciəsinin 28-ci ildönümü qeyd olunub. 

"Report"un Gürcüstan bürosu xəbər verir ki, Marneuli Rayon İcra Hakimiyyətinin təşəbbüsü və Azərbaycanın Gürcüstandakı səfirliyinin dəstəyilə keçirilən tədbirdə ziyalılar, ictimaiyyət numayəndələri, səfirliyin əməkdaşları iştirak ediblər. 

Əvvəlcə 20 Yanvar şəhidlərinin xatirəsi birdəqiqəlik sükutla yad olunub.

Daha sonra Marneuli şəhərinin meri Teymur Abasov çıxış edərək Azərbaycan və gürcü xalqlarının mübarizlik tarixindən söz açıb, 20 Yanvar və Gürcüstanda eyni ssenari əsasında baş vermiş 9 Aprel hadisələri arasında paralellər aparıb. Mer hər iki ölkənin ərazilərinin işğal olunduğunu xüsusi qeyd edib, bu torpaqların tezliklə azad olunacağına, məcburi köçkünlərin öz doğma yurd-yuvalarına qayıdacaqlarına ümidvar olduğunu bildirib.

Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov isə faciənin başvermə səbəbləri, aci nəticələri barədə məlumat verib. Bu qanlı faciəyə ulu öndər Heydər Əliyevin gərgin səyləri nəticəsində hüquqi, siyasi qiymət verildiyini bildirib. Diplomat faciə ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında, 20 Yanvar şəhidlərinə xususi diqqət və qayğı göstərilməsində Prezident İlham Əliyevin xidmətlərini xüsusi qeyd edib. Səfir 20 Yanvar hadisələrinin həm də Azərbaycan xalqının şanlı qəhrəmanlıq səhifəsi olduğunu bildirib.

Tədbirdə həmçinin Gürcüstan parlamentinin deputatı Ruslan Hacıyev, Marneuli sokrebulunun sədri Amiran Georqadze və başqaları çıxış edərək 20 Yanvar və 9 Aprel hadisələrindən danışıb, faciə ilə bağlı gənc nəslin maarifləndirilməsinin vacibliyini qeyd ediblər.

Sonda 20 Yanvar faciəsindən bəhs edən sənədli film nümayiş etdirilib.

Son xəbərlər

Orphus sistemi