"150 min hərbçinin Türkiyə ərazisindən qonşu dövlətə daxil olacağı xəbəri əsassızdır"

"150 min hərbçinin Türkiyə ərazisindən qonşu dövlətə daxil olacağı xəbəri əsassızdır" Ankara hökumətinə yaxın mənbə mətbuatda səslənən iddiaları şərh edib
Region
9 Fevral , 2016 01:04
150 min hərbçinin Türkiyə ərazisindən qonşu dövlətə daxil olacağı xəbəri əsassızdır

Bakı. 9 fevral. REPORT.AZ/ Ankara hökumətinə yaxın mənbələr 150 minlik qoşunun Türkiyə ərazisindən keçərək İŞİD-lə mübarizəyə qoşulacağına dair iddialara münasibət bildirib.

"Report"un "Milliyet" qəzetinə istinadən verdiyi xəbərə görə, mənbə qeyd edib ki, Türkiyə onsuzda öz hərbi bazalarını terrorçu İŞİD qruplaşması ilə mübarizə üçün açıq elan edib və bu istiqamətdə hər növ əməkdaşlığa hazırdır.

"Lakin 150 min əsgərin Türkiyə üzərinden qonşu dövlətə daxil olacağına dair xəbərlər əsassızdır. Belə bir hərbi əməliyyat gündəlikdə yoxdur", - deyə mənbə vurğulayıb.

Son xəbərlər

Orphus sistemi