Zurabişvilinin impiçmenti üzrə səsvermədə iştirak etməyən vitse-spikerin mandatı əlindən alınıb

Zurabişvilinin impiçmenti üzrə səsvermədə iştirak etməyən vitse-spikerin mandatı əlindən alınıb Gürcüstan parlamenti hakim “Gürcü arzusu – Demokratik Gürcüstan” partiyasından olan vitse-spiker David Sergeyenkonun mandatının əlindən alıb.
Region
16 noyabr 2023 10:37
Zurabişvilinin impiçmenti üzrə səsvermədə iştirak etməyən vitse-spikerin mandatı əlindən alınıb

Gürcüstan parlamenti hakim “Gürcü arzusu – Demokratik Gürcüstan” partiyasından olan vitse-spiker David Sergeyenkonun mandatını əlindən alıb.

“Report” xəbər verir ki, David Sergeyenko prezident Salome Zurabişvilinin impiçmenti zamanı iclasda iştirak etməyib.

Mandatın alınmasının lehinə 78, əleyhinə 2 nəfər səs verib.

“Cənab Davidə parlamentdə fəaliyyətinə görə minnətdarlıq bildiririk və gələcək işlərində uğurlar arzulayırıq”, - Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili səsvermədən sonra deyib.

Son xəbərlər

Orphus sistemi