Bakı. 24 oktyabr. REPORT.AZ/ Türkiyənin Bodrum bölgəsinin Yalı məhəlləsində 4,5 bal gücündə zəlzələ olub.
“Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, məlumatı Kandil Rəsədxanası və Seysmoloji Araşdırma İnstitutu yayıb.
Yeraltı təkanlar nəticəsində xəsarət alan və dağıntılar barədə məlumat verilməyib.