Zelenskiyə sui-qəsd cəhdinin qarşısı alınıb, onlarla silahlı saxlanılıb

Zelenskiyə sui-qəsd cəhdinin qarşısı alınıb, onlarla silahlı saxlanılıb Ukrayna Prezidenti Volodimir Zelenskiyə sui-qəsd cəhdinin qarşısı alınıb.
Region
22 Mart , 2022 02:51
Zelenskiyə sui-qəsd cəhdinin qarşısı alınıb, onlarla silahlı saxlanılıb

Ukrayna Prezidenti Volodimir Zelenskiyə sui-qəsd cəhdinin qarşısı alınıb.

Bu barədə “Report” UNİAN-a istinadən xəbər verir.

Məlumata görə, Ukraynanın hərbi əks-kəşfiyyat xidmətinin əməkdaşları Ujqorod şəhərində Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FTX) agentinin başçılıq etdiyi kəşfiyyat-divresiya qrupunun üzvlərini saxlayıblar.

Qeyd edilir ki, 25 nəfərlik qruplaşmanı FTX-nin agenti yaradıb. Onlar silahla və nəqliyyat vasitələri ilə təchiz edilib. Qrup üzvləri Ukrayna Prezidentinə sui-qəsd etməyi, Kiyevdə və Ukraynanın digər vilayətlərində təxribat törətməyi planlaşdırıb.

Silahlıları Rusiya qoşunlarının bölgüsü adı altında Kiyevə köçürmək və hökumət məhəlləsində cinayət əməlləri həyata keçirmək planlaşdırılırmış.

Son xəbərlər

Orphus sistemi