Ukrayna ordusunun ərazi müdafiə qüvvələrinin komandanı vəzifəsindən azad edilib

Ukrayna ordusunun ərazi müdafiə qüvvələrinin komandanı vəzifəsindən azad edilib Prezident Volodimir Zelenski general-mayor İqor Tansyuru Ukrayna Silahlı Qüvvələrinin Ərazi Müdafiə Qüvvələrinin komandanı təyin edib.
Region
16 May , 2022 01:08
Ukrayna ordusunun ərazi müdafiə qüvvələrinin komandanı vəzifəsindən azad edilib

Prezident Volodimir Zelenski general-mayor İqor Tansyuru Ukrayna Silahlı Qüvvələrinin Ərazi Müdafiə Qüvvələrinin komandanı təyin edib.

“Report”un məlumatına görə, bu barədə “RBC-Ukraina” müvafiq fərmanlara istinadən xəbər verir.

Dövlət başçısının imzaladığı fərmanla Yuri Qaluşkin Ukrayna Silahlı Qüvvələrinin Ərazi Müdafiə Qüvvələrinin komandanı vəzifəsindən azad edilib.

Briqada generalı Yuri Qaluşkin bu il yanvarın 1-də Ukrayna Silahlı Qüvvələrinin Ərazi Müdafiə Qüvvələrinin komandanı təyin olunmuşdu.

Son xəbərlər

Orphus sistemi