Zelenski Rusiya ilə əlaqəli şəxslərə sanksiya tətbiq edib

Zelenski Rusiya ilə əlaqəli şəxslərə sanksiya tətbiq edib Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya ilə əlaqəli olanlara qarşı növbəti sanksiyanı tətbiq edib.
Region
27 may 2023 09:59
Zelenski Rusiya ilə əlaqəli şəxslərə sanksiya tətbiq edib

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya ilə əlaqəli olan 51 fiziki və 220 hüquqi şəxsə qarşı növbəti sanksiya tətbiq edib.

“Report” xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Müvafiq sərəncam dövlət başçısının saytında yerləşdirilib.

Yeni sanksiya siyahısına daxil edilən şirkətlər arasında “Mobil telesistemlər” (MTS), “Volqa-Dnepr lizinq”, “RJD logistika”, “RJDstroy”, Solikamsk Təcrübə Metallurgiya Zavodu, Dövlət Kimya Məhsulları Elmi-Tədqiqat İnstitutu və Minsk Avtomobil Zavodu var.

Son xəbərlər

Orphus sistemi