Zelenski Rusiya ilə danışıqların bərpası şərtini açıqlayıb

Zelenski Rusiya ilə danışıqların bərpası şərtini açıqlayıb Ukrayna Prezidenti Volodimir Zelenski deyib ki, Rusiya ilə danışıqların bərpası üçün ilk addım həmin ölkənin qoşunlarını fevralın 24-dən əvvəlki mövqelərinə geri çəkməkdir.
Region
7 May , 2022 00:56
Zelenski Rusiya ilə danışıqların bərpası şərtini açıqlayıb

Ukrayna Prezidenti Volodimir Zelenski deyib ki, Rusiya ilə danışıqların bərpası üçün ilk addım həmin ölkənin qoşunlarını fevralın 24-dən əvvəlki mövqelərinə geri çəkməkdir.

Bu barədə “Report” RBC Ukraina”ya istinadən xəbər verir.

Dövlət başçısı həmçinin qeyd edib ki, “Azovstal”da insanların məhv edilməsi Rusiya ilə istənilən danışıqları qeyri-mümkün edəcək.

"Normal danışmağa başlamağımız üçün genişmiqyaslı işğaldan əvvəl - fevralın 24-dək olan vəziyyəti bərpa etməliyik. Onlar həmin müvəqqəti təmas xəttlərinə və ya bölücü xətlərə çəkilməli və oradakı qoşunları çıxarmalıdırlar", - Zelenski deyib.

Zelenski qeyd edib ki, Rusiya (danışıqlar üçün-red) “bütün körpüləri” dağıtsa da, “bütün körpülərin dağıdılmadığını” hesab edir.

"Ukrayna xalqı məni mini-Ukraynanın Prezidenti kimi yox, Ukrayna Prezidenti seçib", - dövlət başçısı vurğulayıb.

Son xəbərlər

Orphus sistemi