Zelenski Putinlə Vatikanda görüşmək istəyir

Zelenski Putinlə Vatikanda görüşmək istəyir "Rusiya prezidenti Vladimir Putinlə görüşmək üçün ən ideal yer Vatikandır"
Region
28 Aprel , 2021 20:31
Zelenski Putinlə Vatikanda görüşmək istəyir
Vladimir Putin və Vladimir Zelenski

Rusiya prezidenti Vladimir Putinlə görüşmək üçün ən ideal yer Vatikandır.

“Report” “TRTHaber”ə istinadən xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski İtaliyada çıxan “La Republika” qəzetinə müsahibəsində deyib.

O, rusiyalı həmkarı ilə görüşün gerçəkləşəcəyini və bunun Donbasdakı savaşın bitməsi üçün lazım olduğunu söyləyib.

Görüş yerinin Vatikan olub-olmayacağı ilə bağlı sualı cavablandıran Zelenski deyib ki, ora sülh görüşü üçün ən ideal yerdir.

Qeyd edək ki, bir müddət əvvəl Ukrayna lideri istənilən yerdə V.Putinlə görüşə hazır olduğunu bildirmişdi.

Son xəbərlər

Orphus sistemi