Zelenski Putinlə görüş üçün əsas şərtini açıqlayıb

Zelenski Putinlə görüş üçün əsas şərtini açıqlayıb Ukrayna Prezidenti Volodimir Zelenski rusiyalı həmkarı Vladimir Putinlə görüşün əsas şərtini açıqlayıb.
Region
3 Aprel , 2022 20:24
Zelenski Putinlə görüş üçün əsas şərtini açıqlayıb

Ukrayna Prezidenti Volodimir Zelenski rusiyalı həmkarı Vladimir Putinlə görüşün əsas şərtini açıqlayıb.

Bu barədə “Report” “The Guardian”a istinadən xəbər verir.

Ukrayna lideri qeyd edib ki, bunun üçün ilk növbədə tam atəşkəsə nail olmaq lazımdır.

"Görülənlərdən sonra Rusiya ilə hansısa danışıqları necə apara biləcəyimizi söyləmək çətindir. Bu, şəxsi səviyyədədir. Amma bir Prezident kimi mən bunu etməliyəm", - Zelenski deyib.

Ukrayna Prezidentinin sözlərinə görə, bu gün yüz minlərlə insanın ölümünün qarşısını almaq və müharibəni dayandırmaq üçün dialoqdan başqa başqa yol yoxdur.

"Yüz minlərlə, milyonlarla insanın ölməsini istəmiriksə, dialoqdan başqa yol yoxdur, amma atəşlər davam edərkən bir araya belə gələ bilmirəm. Ona görə də, əvvəlcə atəş dayandırılmalıdır. Onda görüş keçirə bilərik”, - Zelenski əlavə edib.

Son xəbərlər

Orphus sistemi