Zelenski Kiyevdə Avropa Komissiyasının rəhbəri ilə görüşüb

Zelenski Kiyevdə Avropa Komissiyasının rəhbəri ilə görüşüb Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevdə səfərdə olan Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Lyayen ilə görüşüb.
Region
2 Fevral , 2023 16:20
Zelenski Kiyevdə Avropa Komissiyasının rəhbəri ilə görüşüb

Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevdə səfərdə olan Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Lyayen ilə görüşüb.

“Report” xəbər verir ki, bu barədə “RBC-Ukraine” agentliyi dövlət başçısının feysbuk səhifəsinə istinadən məlumat yayıb.

"Ukraynada Avropaya inteqrasiya baxımından iki çox mühüm günə qədəm qoyuruq. Bizim Kiyevdə əldə edəcəyimiz razılaşmalar və qəbul edəcəyimiz qərarlar bütün Avropanın güclənməsinə xidmət edəcək", - Zelenski yazıb.

Xatırladaq ki, Avropa İttifaqı Komissiyasının Prezidenti Ursula fon der Lyayen Ukraynaya bir qrup Avropa komissarı ilə gəlib. Onlarla birlikdə İttifaqın təhlükəsizlik və xarici siyast üzrə ali komissarı Jozep Borrel də Kiyevdə səfərdədir.

Son xəbərlər

Orphus sistemi