Zelenski G7-ni Ukrayna və region üçün U24 sistemi yaratmağa çağırıb

Zelenski G7-ni Ukrayna və region üçün U24 sistemi yaratmağa çağırıb Prezident Volodimir Zelenski bu gün G7 ölkələrinin nümayəndələri ilə danışıqlarında onları Ukrayna və bütövlükdə region üçün işğalı 24 saat ərzində dayandıracaq təhlükəsizlik sistemi yaratmağa çağırıb.
Region
25 Mart , 2022 08:46
Zelenski G7-ni Ukrayna və region üçün U24 sistemi yaratmağa çağırıb

Prezident Volodimir Zelenski bu gün G7 ölkələrinin nümayəndələri ilə danışıqlarında onları Ukrayna və bütövlükdə region üçün işğalı 24 saat ərzində dayandıracaq təhlükəsizlik sistemi yaratmağa çağırıb.

Bu barədə “Report” Ukrayna mətbuatına istinadən xəbər verir.

"İnanıram ki, sizin G7-nizi təkcə G7 deyil, sülhməramlılardan ibarət G7-yə çevirə bilərik. Bunun üçün nə lazımdır? Birincisi, Rusiyanın təcavüzünə qarşı sanksiyaları hər həftə sərtləşdirin. O, dayanana və sülhü bizə qaytarana qədər.

İkincisi, Ukrayna və regionumuz üçün yeni təhlükəsizlik zəmanətləri sisteminin yaradılmasında iştirak edin. İstənilən təcavüzkarı 24 saat ərzində dayandıra biləcək real zəmanətlər, effektiv təminatlar lazımdır. Biz U24 kimi assosiasiyasını yaratmağı təklif etmişik. Bu, dünyanın həqiqətən ehtiyac duyduğu şeydir”, - Zelenski videomüraciətində bildirib.

O vurğulayıb ki, belə bir sistem nəinki müharibə və hərbi əməliyyatları tez dayandıra, həm də təbii fəlakətlərdən, miqrasiya və ya ərzaq böhranı ilə üzləşən pandemiyadan əziyyət çəkən ölkələrə kömək edə bilər. Zelenski vurğulayıb ki, dünyanın yeni effektiv ittifaqlara, yeni effektiv təminatlara ehtiyacı var.

Prezident həmçinin G7-ni müharibədən sonra Ukraynanın yenidən qurulmasında iştirak etməyə çağırıb.

"Müharibədən sonra dövlətimizi birlikdə mümkün qədər tez bərpa etməliyik, şəhərlər tikməli, iqtisadi həyatı bərpa etməli, insanları qaytarmalıyıq. Mən sizi bu bərpa layihəsində iştirak etməyə dəvət edirəm. Əminəm ki, bu, bizim ümumi maraqlarımıza uyğun olacaq", - Ukrayna lideri əlavə edib.

Son xəbərlər

Orphus sistemi