“Biz Rusiyaya təslim olmadıq”.
“Report” xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski feysbuk səhifəsində yazıb.
“Ukrayna inanılmaz şücaət göstərdi. Biz Rusiyaya təslim olmadıq. Bu yaxınlaradək dünyanın ikinci ən qüdrətli ordusunun işğalının qarşısını aldıq. Yavaş-yavaş öz ərazimizdən çıxarırıq. Heç kim ukraynalılardan bu miqyasda cəsarəti gözləmirdi. Ancaq bu miqyas var. Bu bizim azadlıq və dəyərlərimiz uğrunda mübarizəyə hazır olmağımızın xarakterinin özəlliyidir”, - Prezident vurğulayıb.