Zelenski Putinin bir nömrəli düşməni barədə danışıb

Zelenski Putinin bir nömrəli düşməni barədə danışıb Ukrayna Prezidenti Volodimir Zelenski rusiyalı həmkarı Vladimir Putini özünün bir nömrəli düşmən hesab etdiyini təsdiqləyib.
Region
733
10 Mart , 2022 23:32
Zelenski Putinin bir nömrəli düşməni barədə danışıb
Volodimir Zelenski

Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, o, rusiyalı həmkarı Vladimir Putinin bir nömrəli düşmənidir.

“Report” xəbər verir ki, bu barədə Ukrayna lideri Almaniyanın “Die Zeit” qəzetinə müsahibəsində bildirib.

"Onlar dövlət başçısını görürlər, siyasətçiləri, iqtisadi maqnatları görürlər. Ümid edirlər ki, hamını satın ala, ya da qorxuda bilərlər, amma mənim haqqımda bunun heç bir nəticə verməyəcəyini dəqiq bilirlər. Ona görə də belə bir təhlükə var. Hər şey çox sadədir”, - deyə dövlət başçısı bildirib.

O, həmçinin qeyd edib ki, rəsmi Kreml bütün ukraynalıların öz ölkəsini müdafiə edəcəyini və bu müharibənin ukraynalılar üçün Vətən müharibəyə çevriləcəyini gözləmirdi.

"Sadəcə Putinin adamları Ukraynanı tanımır. Amma Ukrayna belədir. Ukrayna səninlə olanda özünü təhlükəsiz hiss edirsən. Bu, Qərbdə çoxlarının da öyrənməli olduğu bir qaydadır", - dövlət başçısı əlavə edib.

Son xəbərlər

Orphus sistemi