Volodimir Zelenski Avropanı Ukraynada baş verənlərə laqeyd yanaşmaqda qınayıb

Volodimir Zelenski Avropanı Ukraynada baş verənlərə laqeyd yanaşmaqda qınayıb “İnsanlarımızın qida, su, elektriklə təminatında ciddi problemlər var”.
Region
285
17 Mart , 2022 12:29
Volodimir Zelenski Avropanı Ukraynada baş verənlərə laqeyd yanaşmaqda qınayıb

“İnsanlarımızın qida, su, elektriklə təminatında ciddi problemlər var”.

“Report” xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Almaniya parlamentində çıxışı zamanı deyib.

“Ruslar üçün hərbçilərlə mülki şəxslərin heç bir fərqi yoxdur. Onlar uşaqlar, qadınlar və qocalar da daxil olmaqla hər kəsi hədəf alırlar. Humanitar yardımların ərazilərə daxil olmasına, bizim vətəndaşlarımızı qorumağımıza imkan vermirlər.

Mariupol şəhəri yerlə yeksan edilib. Minlərlə adam ölür. Avropa ilə bizim aramızda divar var. Ona görə siz baş verənləri görmürsünüz. Divarın biz olan tərəfinə keçsəniz, dediklərimizi görəcəksiniz. Bu divarı dağıtmağa çalışanlara, bizi dəstəkləyənlərə, sülh tərəfdarı olanlara, Rusiyanın təklənməsi üçün səy göstərənlərə minnətdarıq. Sizin köməyiniz olmadan müqavimət göstərmək çətin olar”, - dövlət başçısı vurğulayıb.

O, beynəlxalq ictimaiyyətə müraciət edərək Üçüncü Dünya müharibəsinə yol verməməyə çağırıb: “Növbəti dünya müharibəsinə icazə verilməməlidir. Biz başqa bir ölkənin itaətində olmaq istəmirik”, - o bildirib.

Son xəbərlər

Orphus sistemi