Zelenski: "Bayrağımızda ləkə yoxdur və olmayacaq"

Zelenski: "Bayrağımızda ləkə yoxdur və olmayacaq" “Bizim bayrağımızda qan, qara ləkə, bataqlıq yoxdur və heç vaxt olmayacaq”.
Region
234
7 Mart , 2022 13:43
Zelenski: Bayrağımızda ləkə yoxdur və olmayacaq

“Bizim bayrağımızda qan, qara ləkə, bataqlıq yoxdur və heç vaxt olmayacaq”.

“Report” Ukrayna Prezident Ofisinin feysbuk səhifəsinə istinadən xəbər verir ki, bunu martın 7-də ölkə Prezidenti Volodimir Zelenski videomüraciətində bildirib.

“Ukrayna bayrağı dinc, məhsuldar, qızıl tanksız torpaqdır. Bu, dinc, təmiz, mavi və raketsiz səmadır. Belə olub, belə də olacaq”, - Volodimir Zelenski deyib.

V.Zelenski dünyanı rəsmi Moskvaya qarşı yeni sanksiyalar qəbul etməyə, Rusiyanın ixracatından, xüsusi ilə neft və neft məhsullarından imtinaya çağırıb.

“Biz 12 gündür müdafiə olunuruq. Biz heç vaxt müharibə istəməmişik. Onu bizə gətiriblər. Biz heç vaxt öldürməyi arzulamamışıq, ancaq bizə öldürmək qismət olub. Biz Avropa xalqlarının son 80 ildə görmədiyinə dözürük. Avropada təcavüzün növbəti qurbanınn hansı dövlət olacağı məhz bizim torpaqlarda həll olunur”,- dövlət başçısı söyləyib.

Son xəbərlər

Orphus sistemi