Zelenski Avropa İttifaqını Rusiyaya qarşı tam ticarət embarqosuna çağırıb

Zelenski Avropa İttifaqını Rusiyaya qarşı tam ticarət embarqosuna çağırıb Ukrayna Prezidenti Volodimir Zelenski Avropa İttifaqını (Aİ) Rusiyaya qarşı tam ticarət embarqosuna çağırıb.
Region
3 May , 2022 02:47
Zelenski Avropa İttifaqını Rusiyaya qarşı tam ticarət embarqosuna çağırıb

Ukrayna Prezidenti Volodimir Zelenski Avropa İttifaqını (Aİ) Rusiyaya qarşı tam ticarət embarqosuna çağırıb.

Bu barədə “Report” Ukrayna dövlət başçısının bəyanatına istinadən xəbər verir.

O, qeyd edib ki, belə bir addım Aİ-nin 6-cı sanksiyalar paketinin əsasına çevrilməlidir.

Prezident Rusiya Federasiyasına qarşı növbəti sanksiyalar paketi üzərində Aİ ilə birgə işdən danışıb. Onun sözlərinə görə, sanksiyalar Rusiyanın enerji gəlirlərinin qarşısını almaq üçün aydın addımları ehtiva etməlidir.

“İndi biz növbəti sanksiya addımlarına hazırlaşmalıyıq. Hər halda, Rusiya ilə bütün ixrac və idxal əməliyyatları bloklanmalı olacaq ki, terror dövləti yanacaq üçün gündəlik bir milyard avro almasın”, - Prezident vurğulayıb.

Son xəbərlər

Orphus sistemi