Ukrayna prezidenti erməni nazirə ilin sonunadək vaxt verib

Ukrayna prezidenti erməni nazirə ilin sonunadək vaxt verib “Mənim Arsen Avakov qarşısında nə öhdəliyim, nə də ona borcum var”.
Region
10 Oktyabr , 2019 15:50
Ukrayna prezidenti erməni nazirə ilin sonunadək vaxt verib

“Mənim Arsen Avakov qarşısında nə öhdəliyim, nə də ona borcum var”.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu Ukrayna prezidenti Vladimir Zelenski Kiyevdə mətbuat marafonunda jurnalistlərin sualını cavablandırarkən bildirib.

Onun sözlərinə görə, Ukraynanın erməni etnik qrupunun təmsilçisi olan daxili işlər naziri Arsen Avakovun ilin sonunadək sınaq müddətində olduğunu vurğulayıb: “Mənim Arsen Avakov qarşısında nə öhdəliyim, nə də ona borcum var. Düzünü desək, sınaq müddətindədir. Biz daxili işlər naziri vəzifəsində yeni adam görmək istəyirik. Bildiyim qədər Milli Polisə yeni sima başçılıq edir”.

Prezident qeyd edib ki, yeni çoxlu adam var: “Ona görə də sınaq müddəti tətbiq edirik. Mən bütün nazirlərə və hüquq-mühafizə orqanlarına açıq-aşkar demişəm ki, ilin sonunadək real iş gətirin. Əks təqdirdə, hamısını işdən azad edəcəyəm”

Qeyd edək ki, Arsen Avakov 2014-cü ildən bu postdadır. 

Son xəbərlər

Orphus sistemi