Zelenski 200 milyon dollarlıq yardım paketi üçün ABŞ-a təşəkkür edib

Zelenski 200 milyon dollarlıq yardım paketi üçün ABŞ-a təşəkkür edib Ukrayna Prezidenti Volodimir Zelenski 200 milyon dollarlıq yardım paketi üçün ABŞ Prezidenti Cozef Baydenə, ABŞ Konqresi və Amerika xalqına təşəkkür edib.
Region
14 avqust 2023 16:18
Zelenski 200 milyon dollarlıq yardım paketi üçün ABŞ-a təşəkkür edib

Ukrayna Prezidenti Volodimir Zelenski 200 milyon dollarlıq yardım paketi üçün ABŞ Prezidenti Cozef Baydenə, ABŞ Konqresi və Amerika xalqına təşəkkür edib.

"Report" xəbər verir ki, bu barədə Zelenski rəsmi "X" hesabında qeyd edib.

"Hava hücumundan müdafiə raketləri, artilleriya döyüş sursatları, minatəmizləmə sistemləri və tank əleyhinə silahlar Müdafiə Qüvvələrimizə güc qatacaq. Birgə qələbəmizə doğru daha bir addım!", - deyə o vurğulayıb.

Qeyd edək ki, ABŞ Ukraynaya 200 milyon dollar dəyərində yeni təhlükəsizlik yardımı göndərəcək. Hərbi yardım paketinə hava hücumundan müdafiə sursatları, artilleriya mərmiləri, zireh əleyhinə vasitələr və minatəmizləmə avadanlıqları daxildir.

Son xəbərlər

Orphus sistemi