Rusiya XİN sözçüsü erməni əsilli Rusiya vətəndaşının Azərbaycanda həbsinə münasibət bildirib

Rusiya XİN sözçüsü erməni əsilli Rusiya vətəndaşının Azərbaycanda həbsinə münasibət bildirib Mariya Zaxarova: "Rusiya səfirliyi ölkə vətəndaşlarının qanuni hüquqlarının təmin edilməsi üçün bütün tədbirləri görür"
Region
18 Avqust , 2016 17:56
Rusiya XİN sözçüsü erməni əsilli Rusiya vətəndaşının Azərbaycanda həbsinə münasibət bildirib

Bakı. 18 avqust. REPORT.AZ/ "Xarici İşlər Nazirliyi (XİN) üçün Rusiya Federasiyasının vətəndaşları milli mənsubiyyətlərinə görə fərqləndirilmir".

"Report" xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova erməni jurnalistin XİN-in Azərbaycanda narkotik maddələr saxladığına görə tutulan Rusiya vətəndaşı Marat Ueldanov (Qalustyan) ilə bağlı fəaliyyətində milli mənsubiyyətin təsirinin olub-olmaması barədə sualını cavablandırarkən deyib.

"Şəxsən mən bu işi milli mənsubiyyətə görə fərqləndirməklə bağlı Rusiya Xarici İşlər Nazirliyinin ünvanına yönələn heç bir ittihamı qəbul etmirəm. Bu cür ittihamlar qəribədir və əsassızdır. Bizim üçün Rusiya Federasiyasının vətəndaşları milli mənsubiyyətlərinə görə fərqlənmir. Sizin ölkənizdə necədir, bilmirəm, amma bizdə, bax, belədir", - deyə, o, bildirib.

M.Zaxarova Rusiyanın Azərbaycandakı səfirliyinin iyunun 20-də Azərbaycanın səlahiyyətli orqanları tərəfindən Rusiya vətəndaşının həbsi barədə məlumatlandırıldığını vurğulayıb.

Onun sözlərinə görə, Rusiya səfirliyi Rusiya Federasiyasının vətəndaşının qanuni hüquqlarının təmin edilməsi üçün bütün tədbirləri görür.

Son xəbərlər

Orphus sistemi