Zaur Darğallı: “Marneulidə içməli su olmayan kənd qalmayacaq”

Zaur Darğallı: “Marneulidə içməli su olmayan kənd qalmayacaq” “Yaxın gələcəkdə Marneulidə içməli su və mərkəzi yolları olmayan kənd qalmayacaq”.
Region
20 İyul , 2020 15:09
Zaur Darğallı: “Marneulidə içməli su olmayan kənd qalmayacaq”
Zaur Darğallı

“Yaxın gələcəkdə Marneulidə içməli su və mərkəzi yolları olmayan kənd qalmayacaq”.

“Report”un yerli bürosu xəbər verir ki, bunu Marneuli meri, deputatlığa namizəd Zaur Darğallı jurnalistlərə açıqlamasında deyib.

O, 2012-ci ildən etibarən bələdiyyədə bir sıra əhəmiyyətli infrastruktur layihələrinin həyata keçirildiyini bildirib: “Yaxın illərdə Marneulidə bütün kəndlər keyfiyyətli içməli su ilə təmin olunacaq. Yol infrastrukturunun bərpası və tikintisi üzrə layihələr də davam etdiriləcək”.

Z.Darğallı qeyd edib ki, deputat seçiləcəyi təqdirdə, parlamentdə Marneuli və Qardabani seçicilərinin layiqli təmsilçisi olmaq üçün əlindən gələni əsirgəməyəcək.  

Son xəbərlər

Orphus sistemi