​"Zaman" qəzeti Rəcəb Tayyib Ərdoğana 10 min lirə təzminat ödəcəyək

​"Zaman" qəzeti Rəcəb Tayyib Ərdoğana 10 min lirə təzminat ödəcəyək Prezident əvvəlcə qəzetdən 100 min lirə məbləğındə təzminat tələb etmişdi
Region
4 İyul , 2015 10:39
​Zaman qəzeti Rəcəb Tayyib Ərdoğana 10 min lirə təzminat ödəcəyək

Bakı. 4 iyul. REPORT.AZ/ Türkiyənin "Zaman" qəzeti ölkə prezidenti Rəcəb Tayyib Ərdoğana 10 min lirə (3 min manata yaxın) maddi təzminat ödəyəcək.

"Report" xəbər verir ki, bu haqda "Anadolu" agentliyi məlumat yayıb. Məhkəmənin qərarına əsasən, qəzet R.T.Ərdoğanın şərəf və ləyaqətini təhqir edib, ona mənəvi ziyan vurub. Bu səbəbdən də maddi təzminat ödəməlidir.  

Məhkəmə hesab edir ki, qəzetin "Fuat Avni" adı altında yaradılan "twitter" səhifəsində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın ünvanına təhqir və iftira dolu yazı yayımlanıb.

Məlumatda bildirlib ki, bu il yanvarın 10-da "www.zaman.com.tr" internet saytında "MİT (Milli Təhlükəsizlik Təşkilatı - "Report") əməkdaşlarına qanlı hadislər törətdirib, Camaatın (Fətullah Gülənin tərəfdarlaı - "Report") üzərinə atacaq" başlığı altında yayılan xəbərdə Rəcəb Tayyib Ərdoğanın insan haqlarının hücuma məruz qalması iddiası əsasında "Zaman" qəzetindən 100 min lirə məbləğındə təzminat tələb edilmişdi. 

Son xəbərlər

Orphus sistemi