Zalujnı amerikalı həmkarını ordusunun hücum planları barədə məlumatlandırıb

Zalujnı amerikalı həmkarını ordusunun hücum planları barədə məlumatlandırıb Ukrayna Silahlı Qüvvələrinin (USQ) baş komandanı Valeri Zalujnı ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Mark Milli ilə telefon danışığı zamanı ordusunun hücum planları barədə məlumat verib, həmçinin ona Ukraynanın hü
Region
31 May , 2023 23:01
Zalujnı amerikalı həmkarını ordusunun hücum planları barədə məlumatlandırıb

Ukrayna Silahlı Qüvvələrinin (USQ) baş komandanı Valeri Zalujnı ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Mark Milli ilə telefon danışığı zamanı ordusunun hücum planları barədə məlumat verib, həmçinin ona Ukraynanın hücuma keçmək üçün silah, o cümlədən uzaqmənzilli mərmilərin tədarükü üçün müraciət edib.

“Report” xəbər verir ki, bu barədə baş komandan teleqramda yazıb.

“Biz silah, hərbi texnika və sursatların tədarükü məsələsinə diqqət yetirdik. Prioritet ehtiyaclar arasında uzaqmənzilli mərmilər də var”, - Zalujnı əlavə edib.

O, həmçinin əlavə hava hücumundan müdafiə sistemləri və F-16 qırıcılarının mümkün tədarükü vasitəsilə Ukraynanın Hava Hücumundan Müdafiəsinin gücləndirilməsini istəyib.

Son xəbərlər

Orphus sistemi