Yuxarı Lars avtomobil yolunda nəqliyyat vasitələrinin hərəkəti dayandırılacaq

Yuxarı Lars avtomobil yolunda nəqliyyat vasitələrinin hərəkəti dayandırılacaq ​Şimali Osetiyanın Fövqəladə Hallar Nazirliyi hava şəraiti ilə əlaqədar turistlərə, sərnişin və yük daşıyan iş adamlarına xəbərdarlıq edib
Region
7 Fevral , 2017 16:43
Yuxarı Lars avtomobil yolunda nəqliyyat vasitələrinin hərəkəti dayandırılacaq

Tbilisi. 7 fevral. REPORT.AZ/ Şimali Osetiyanın Fövqəladə Hallar Nazirliyi fevralın 10-11-də gözlənilən hava şəraiti ilə əlaqədar olaraq turistlərə, sərnişin və yük daşıyan iş adamlarına xəbərdarlıq edib.

"Report"un Gürcüstan bürosu xəbər verir ki, xəbərdarlıqda fevralın 10-11-də hava şəraitinin kəskin şəkildə dəyişəcəyi və çox böyük ehtimala görə Gürcüstandan Rusiyaya gedən Yuxarı Lars magistralında avtomobillərin hərəkətinin dayandırılacağı qeyd olunub.

FHN turistlərə, sərnişinlərə və iş adamlarına həmin günlərdə Rusiyaya təyyarə, Batumiyədək paromla və Azərbaycandan keçməklə Yaraq-Qazmalar avtomobil yolu ilə getməyi tövsiyə edib.

Son xəbərlər

Orphus sistemi