YUNESKO Tbilisini 2021-ci ilin Dünya Kitab Paytaxtı elan edib

YUNESKO Tbilisini 2021-ci ilin Dünya Kitab Paytaxtı elan edib YUNESKO-nun baş direktoru Odri Azule Gürcüstanın paytaxtı Tbilisi şəhərini 2021-ci ilin Dünya Kitab Paytaxtı elan edib.
Region
7 Oktyabr , 2019 21:14
YUNESKO Tbilisini 2021-ci ilin Dünya Kitab Paytaxtı elan edib

YUNESKO-nun baş direktoru Odri Azule Gürcüstanın paytaxtı Tbilisi şəhərini 2021-ci ilin Dünya Kitab Paytaxtı elan edib.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, qərar Dünya Kitab Paytaxtı Məsləhət Komitəsinin tövsiyəsi əsasında qəbul olunub.

Dünya Kitab Paytaxtı elan olunan şəhərlərdə il ərzində kitab və mütaliənin təbliğ olunması istiqamətində tədbirlər həyata keçirilir. 2019-cu ildə bu titulu Kuala Lumpur şəhəri daşıyır. 2020-ci ildə isə Dünya Kitab Paytaxtı Şarjah şəhəri olacaq.

Qeyd edək ki, YUNESKO Dünya Kitab Paytaxtı nominasiyasını 2001-ci ildən etibarən elan edir. 

Son xəbərlər

Orphus sistemi