Türkiyə XİN başçısı: “Yunanıstanla “Ekstradisiya haqqında” müqaviləni poza bilərik”

Türkiyə XİN başçısı: “Yunanıstanla “Ekstradisiya haqqında” müqaviləni poza bilərik” Türkiyə hökuməti keçmiş hərbçilərin təhvil verilməsi barədə yenidən Yunanıstana hökumətinə müraciət edib
Region
27 Yanvar , 2017 15:22
Türkiyə XİN başçısı: “Yunanıstanla “Ekstradisiya haqqında” müqaviləni poza bilərik”

Bakı. 27yanvar. REPORT.AZ/ “Yunanıstan dövlət çevrilişinə cəhddə iştirak edənləri geri verməzsə, iki ölkə arasında imzalanmış “Ekstradisiya haqqında” müqavilənin ləğvi də daxil olmaqla lazımi addımları atacağıq”.

“Report” "Habertürk"ə istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu 8 hərbçinin geri verilməməsi haqqında Yunanıstan Ali Məhkəməsinin qərarına münasibət bildirərkən deyib.

Qeyd edək ki, yanvarın 26-da Yunanıstan Ali Məhkəməsi Türkiyənin 8 hərbçisinin təhvil verilməməsi haqqında qərar çıxarıb. Məhkəmənin qərarından sonra Türkiyə hökuməti keçmiş hərbçilərin təhvil verilməsi barədə yenidən Yunanıstana hökumətinə müraciət edib.

Xatırladaq ki, 2016-cı il iyulun 15-də Türkiyədə dövlət çevrilişinə cəhddə iştirak etməkdə şübhəli bilinən 8 hərbçi Yunanıstana qaçaraq bu ölkədən sığınacaq istəyib.

Son xəbərlər

Orphus sistemi