Yunanıstanın hərbi təyyarəsi qəzaya uğrayıb

Yunanıstanın hərbi təyyarəsi qəzaya uğrayıb Bakı. 12 aprel. REPORT.AZ/ Yunanıstan Silahlı Qüvvələrinə məxsus qırıcı Egey dənizinin İskiri adasından 4,6 km aralıda qəzaya uğrayıb.
Region
12 aprel 2018 11:00
Yunanıstanın hərbi təyyarəsi qəzaya uğrayıb

Bakı. 12 aprel. REPORT.AZ/ Yunanıstan Silahlı Qüvvələrinə məxsus qırıcı Egey dənizinin İskiri adasından 4,6 km aralıda qəzaya uğrayıb.

“Report” “Haberturk”ə istinadən xəbər verir ki, bu barədə Yunanıstan KİV-i məlumat yayıb.

Bildirilib ki, Türkiyə təyyarələrinin sıxışdırılması üçün Yunanıstanın iki qırıcısı bölgədə uçuş edirmiş. Uçuşdan qayıdan "Mirage 2000" hərbi təyyarəsi qəzaya uğrayıb. Pilot itkin düşüb. 

Son xəbərlər

Orphus sistemi