​Yunanıstana qaçqın aparan qayıq batıb, 11 nəfər həyatını itirib

​Yunanıstana qaçqın aparan qayıq batıb, 11 nəfər həyatını itirib Türkiyənin sahil mühafizə xidmətinin əməkdaşları 7 qaçqını xilas edib
Region
22 Dekabr , 2015 20:35
​Yunanıstana qaçqın aparan qayıq batıb, 11 nəfər həyatını itirib

Bakı. 22 dekabr. REPORT.AZ/ Türkiyənin Aydın əyalətinin Kuşadası rayonundan Yunanıstana keçmək istəyən qaçqınları aparan qayığın batması nəticəsində 3-ü uşaq olmaqla,11 nəfər həyatını itirib.

"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, 7 qaçqını isə Türkiyənin sahil mühafizə xidmətinin əməkdaşları xilas edib.

Xilas edilənlər Kuşadasındakı dövlət xəstəxanasına yerləşdirilib.

Qeyd edək ki, BMT-nin dekabrın 21-nə olan məlumatına görə, Avropaya sığınan qaçqın və miqrantların ümumi sayı 1 milyon 5 min 504 nəfər olub. Onların çoxu (816 752 nəfər) dəniz yolu vasitəsilə Yunanıstandan Avropaya gəlib.

Son xəbərlər

Orphus sistemi