Yunanıstan hərbçiləri Türkiyə helikopterinə atəş açıblar

Yunanıstan hərbçiləri Türkiyə helikopterinə atəş açıblar Bakı. 10 aprel. REPORT.AZ/ Yunanıstan hərbçiləri Türkiyə Silahlı Qüvvələrinə məxsus helikopterə atəş açıb.
Region
10 Aprel , 2018 13:40
Yunanıstan hərbçiləri Türkiyə helikopterinə atəş açıblar

Bakı. 10 aprel. REPORT.AZ/ Yunanıstan hərbçiləri Türkiyə Silahlı Qüvvələrinə məxsus helikopterə atəş açıb.

“Report” “CNNTurk”ə istinadən xəbər verir ki, bu barədə Yunanıstan KİV-i məlumat yayıb.

Bildirilib ki, helikopter Kizilhisar adası sahillərinin qərbində yerləşən Ro adası (Kara ada) üzərindən uçurmuş. Bu zaman Yunanıstan hərbçiləri Türkiyə helikopterinə xəbərdarlıq atəşi açıb.

“Ekatimerini” qəzetinin yazdığına görə, Türkiyəyə məxsus bir helikopter Yunanıstanın nəzarəti altında olan Kara adası üzərindən alçaqdan uçub. Hadisəyə də bunun səbəb olduğu iddia edilib. 

SKAİ televiziyası isə Türkiyə helikopterinə izlənən güllələrlə xəbərdarlıq atəşi açıldığını bildirib.

Türkiyə və Yunanıstanın müdafiə nazirlikləri hələlik insidentə münasibət bildirməyiblər.

Son xəbərlər

Orphus sistemi