Yuliya Timoşenko yenidən Ukrayna prezidentliyinə namizəd olacaq

Yuliya Timoşenko yenidən Ukrayna prezidentliyinə namizəd olacaq Bakı. 20 iyun. REPORT.AZ/ “Ukrayna prezidenti postu uğrunda mübarizədə iştirak edəcəyəm”.
Region
20 İyun , 2018 17:32
Yuliya Timoşenko yenidən Ukrayna prezidentliyinə namizəd olacaq
0 : 00
0 : 00

Bakı. 20 iyun. REPORT.AZ/ “Ukrayna prezidenti postu uğrunda mübarizədə iştirak edəcəyəm”.

“Report” xəbər verir ki, bunu Ukrayna Batkivşina Partiyasının lideri, keçmiş baş nazir Yuliya Timoşenko “Facebook” səhifəsindəki canlı yayımda bildirib.

O, prezident seçkisində qalib gələcəyinə əmin olduğunu vurğulayıb. Y.Timoşenko prezident seçkisinin sonuncu dövlət başçısı seçksi olacağını, gələcəkdə ukraynalıların kansler (baş nazir) seçəcəklərinə işarə edib.

Qeyd edək ki, Ukraynada prezident seçkisi 2019-cu ildə keçiriləcək.

Xatırladaq ki, Y.Timoşenko 2010-cü ildə keçirilən seçkilərdə də Ukrayna prezidentliyinə namizəd olub. 

Son xəbərlər

Orphus sistemi