Priqojin: "Rusiya Müdafiə Nazirliyinin bölmələri Baxmutda 2 kilometr geri çəkiliblər" - YENİLƏNİB

Priqojin: "Rusiya Müdafiə Nazirliyinin bölmələri Baxmutda 2 kilometr geri çəkiliblər" - YENİLƏNİB Rusiya Müdafiə Nazirliyinin bölmələri Baxmutda 2 kilometr geri çəkiliblər.
Region
9 May , 2023 13:31
Priqojin: Rusiya Müdafiə Nazirliyinin bölmələri Baxmutda 2 kilometr geri çəkiliblər - YENİLƏNİB

Rusiya Müdafiə Nazirliyinin bölmələri Baxmutda 2 kilometr geri çəkiliblər.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə “Vaqner” muzdlu hərbi təşkilatının rəhbəri Yevgeni Priqojin yayımladığı videoda deyib.

O bildirib ki, “Vaqner”də tələb olunan silahların cəmi 10 faizi var.

Priqojinin sözlərinə görə, tələb olunan silahlar təmin edilməsə, “Vaqner”çilər tutduqları mövqelərdən geri çəkiləcəklər:

“Baxmutda daha bir neçə gün qalacaq, buradan çıxıb-çıxmamaq barədə sonra qərar qəbul edəcəyik”.

12:03

Ukrayna yaxın gələcəkdə əks-hücum əməliyyatına başlayacaq.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu “Vaqner” muzdlu hərbi təşkilatının rəhbəri Yevgeni Priqojin deyib.

O bildirib ki, Ukrayna Silahlı Qüvvələri artıq Baxmut istiqamətində cinahları yarır.

Qeyd edək ki, Y. Priqojin daha əvvəl Rusiya Müdafiə Nazirliyini tənqid etmiş, silah çatışmazlığından şikayətlənmişdi.

Xatırladaq ki, rəsmi Kiyev Ukrayna Silahlı Qüvvələrinin yaxın gələcəkdə əks-hücum əməliyyatlarına başlayacağını söyləyib

Son xəbərlər

Orphus sistemi